Prezident Bişkekdə Lukaşenko ilə GÖRÜŞDÜ
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib.
Redaktor.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.














