"Azərbaycan heç bir zaman anti-İran kampaniyalarına qoşulmayıb və qoşulmayacaq" - Millət vəkili

 12:12 01.09.2026     386

Ötən gün  Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkian ilə  Bişkekdə görüşüb. Görüşdən əvvəl dövlət başçılarının səmimi dialoqu olub.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, İranla münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:

"Bizim vaxtilə ümumi tariximiz, eyni zamanda ümumi mədəniyyətimiz, bir sıra məsələlərə eyni baxışlarımız var. Azərbaycan İranla münasibətlərə xarici siyasətində xüsusi önəm verir. Qərbin İranla olan problemlərinin danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir. Heç bir zaman anti-İran kampaniyalarına Azərbaycan qoşulmayıb və qoşulmayacaq. Onunla mehriban qonşuluq münasibətlərinin həmişə yüksək səviyyədə olmasına xüsusi önəm veririk. Tək dövlət başçıları səviyyəsində deyil, digər səviyyələrdə də münasibətlər yüksək səviyyədədir. Cənab prezidentimizin İran lideri ilə görüşü bir daha göstərdi ki, bizim münasibətlərimiz ancaq dostluğa, qardaşlığa xidmət edir. Bizim yaxşı olmaqdan başqa başqa seçimimiz yoxdur. Bu həmişə belə olub İranla münasibətdə, bundan sonra da belə olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən