Prezidentlərin görüşündə “su” detalı: İlham Əliyev İrana hansı mesajı verdi?

 14:13 01.09.2026     463

"Dünən Prezident İlham Əliyevin İranın Prezidenti Məsud Pezeşkianla görüşü bir incə məsələ ilə yadda qaldı. Əvvəla, onların görüşündə Azərbaycan türkcəsində danışmaları artıq adi hal alıb. Yəni Prezident İlham Əliyevlə Məsud Pezeşkian bir neçə dəfə görüşüblər və hər dəfə görüşəndə də Azərbaycan türkcəsində danışıblar. Bu, artıq adi hala çevrilib. Başqa bir məqam isə su məsələsidir. Onu müxtəlif şəkildə yozmaq olar. Bu, “suyumuz bir, torpağımız bir, bir ata-ananın, bir genin daşıyıcılarıyıq” mənasında işlədilə və yozula bilər. Ortaq su mənbələrimiz var. Arazdan həm Azərbaycanda, həm də İranda istifadə edilir. Yaxud həm Güney Azərbaycan, həm də Azərbaycan Respublikası insanları bu sudan istifadə edirlər. Yəni ortaq su mənbəyimiz var".

Bu fikirləri Redaktor.az-a politoloq Sədrəddin Soltan Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla səmimi görüşünü şərh edərkən səsləndirib.

Tərəflər sülh sənədini imzalaya bilər” -SƏDRƏDDİN SOLTAN

Siyasi şərhçinin sözlərinə görə İlham Əliyevin Pezeşkiana su təklif etməsində İranın başqa su mənbələrinə, başqa imkanlara deyil, Azərbaycanın imkanlarından istifadə etməsi ilə bağlı bir ismarış da ola bilər:

"Çünki İran Prezidenti Məsud Pezeşkian qonşularla münasibətləri yaxşılaşdırmaq, inkişaf etdirməkdə maraqlı olduqlarını bildirir.  Digər tərəfdən, masanın üstündə su olduğu halda, İran protokol idarəsinin kənardan həmin görüşə su gətirməsi nəzakətsizlik və ədəbsizlikdir. Təsəvvür edin ki, İran Prezidentinin oturduğu, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü yerdə İrana aid mineral sular var və Azərbaycan Prezidentinə əlavə olaraq köməkçiləri “Badamlı” suyunu gətirirlər. Bu necə qarşılanar? Bu kimi hallar protokola və görüşün qaydalarına uyğun sayılmır. Bu, həm də Azərbaycan və İran prezidentlərinin görüşünə və səmimi münasibətinə maneə törətməkdir. Azərbaycan və İranın ortaq su mənbələri var: həm Araz, həm də Xəzər dənizi. Ona görə Prezident İlham Əliyev bu davranışı ilə İran rəsmilərinə və İran tərəfinə su ilə bağlı da mesaj verdi".

Sədrəddin Soltan vurğuladı ki, bu cür davranışlar həm də Azərbaycanın İrana münasibətdə çəkisinin şəffaf və aydın olduğunu göstərir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən