Kallas Rusiyanı ittiham etdi, sonra sözünü geri GÖTÜRDÜ

 15:23 01.09.2026     237

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas avqustun əvvəlində Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatı insidentinə görə Rusiyanı ittiham etməyə çalışsa da, daha sonra bu fikrindən geri çəkilib.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Kallas İrlandiyada keçiriləcək Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü öncəsi jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyanı ittiham etməzdən əvvəl Almaniyadakı araşdırmanın nəticələrini gözləmək lazımdır.

“Əvvəlcə Almaniyanı dinləyək. Aydındır ki, Rusiya da... Yox, indi yenə bunu birbaşa Rusiya ilə əlaqələndirirəm. Qoy almanlar bunun arxasında kimin dayandığını açıqlasınlar”, – deyə Kallas bildirib.

Bununla yanaşı, Aİ-nin baş diplomatı Rusiyanı təxribatlarda açıq şəkildə ittiham edib və Aİ ölkələrinin “rusları gələcək addımlardan çəkindirmək” üçün nə edə biləcəyini soruşub.

Qeyd edək ki, avqustun 29-da Politico Almaniya hakimiyyətinin Leypsiq hava limanında baş verən dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşdığını yazıb. Avqustun əvvəlində hava limanında Ukraynaya məxsus “An-124” yük təyyarəsinin yaxınlığında alçaqdan uçan pilotsuz uçuş aparatı müşahidə edilib. Araşdırma zamanı dronun təxminən 800 qram partlayıcı maddə daşıdığı müəyyənləşdirilib.

Məlumata görə, Berlin hadisənin arxasında Moskvanın dayandığından şübhələnir və Rusiyaya qarşı “milli tədbirlər” görməyi nəzərdən keçirir. Bununla belə, Almaniya tərəfi insidentlə bağlı təkzibolunmaz sübutların olmadığını da etiraf edir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən