“Paşinyanın xəritə ilə çıxışı məcazi bir jestdir” - Fazil Mustafa

 09:30 02.09.2026     771

"Qırğızıstana səfər çərçivəsində Prezident İlham Əliyev çox səmərəli görüşlər keçirdi və bu görüşlərin ikitərəfli əməkdaşlığın inkişafında böyük rolu olacaq. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının öz çərçivəsində əldə olunan razılaşmalar, qəbul edilən qərarlar, təbii ki, öz təsir gücünü göstərəcəkdir. Amma burada əsas, ən vacib bir neçə görüş var. Xüsusilə də ölkə Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla görüşləri mühüm əhəmiyyət daşıyırdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa səsləndirdi.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri ilə görüşdə çox güman ki, gələcək sülh müqaviləsinin parametrləri üzrə müəyyən müzakirələr aparılıb.

"Prezidentlə görüşdə Paşinyanın Ermənistan xəritəsi ilə çıxış etməsi onu göstərdi ki, artıq Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir ərazi iddiamız yoxdur və məhz nəzərdə tutulan qanuni ərazimizin kənarında hansısa bir məcra axtarmırıq fikrini nümayiş etdirmək istəyir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir ərazi iddiamız yoxdur və məhz nəzərdə tutulan qanuni ərazimizin kənarında hansısa bir məcra axtarmırıq", - deyən millət vəkili vurğuladı ki, Paşinyan bunu Ermənistan cəmiyyətinə də göstərməyə çalışır:

"Əyani şəkildə bunu həmin görüşdə nümayiş etdirdi. Bu özü də, əslində, məcazi bir jestdir. Çünki Ermənistanın artıq belə bir iddiasının olmaması bilavasitə indiki hakimiyyətin siyasi kursuna da tamamilə uyğun bir addımdır. Bu da müəyyən mənada münasibətlərin irəliləməsini xeyli asanlaşdırır və biz bundan, hər halda, qarşılıqlı razılaşma əsasında yararlanaraq həm dəhlizin açılmasını, həm də böyük sülh müqaviləsinin bağlanmasını təmin etməliyik".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən