Zelenski-Uitkoff-Kuşner görüşünün detalları niyə açıqlanmır? - CAVAB

 16:04 07.09.2026     713

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Ukraynaya səfər ediblər. Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə danışıqlar keçirilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirdi ki, səfərin detalları ilə bağlı mətbuata demək olar ki, heç bir açıqlama verilməyib:

"Amma ümumi olaraq onu qeyd etmək olar ki, danışıqlarda hələ ki, müharibənin dayandırılması, dərhal danışıqlara başlanılması və atəşkəs elan olunması ilə bağlı konkret razılaşmadan söhbət getmir. Rusiya və Ukrayna maksimalist tələblər irəli sürməkdədirlər və görünən odur ki, heç bir tərəf digərinə güzəştə getmək fikrində deyil. Nəticə etibarilə bu da danışıqların uzanmasına gətirib çıxarır. İndiki halda çox güman ki, ABŞ-nin əsas məqsədi bu və ya digər şəkildə danışıqların özünün başladılmasıdır. Çünki hazırda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar getmir. İkitərəfli və ya üçtərəfli danışıqlar bərpa edilməlidir ki, prosesdə hər hansı bir ipucu yaransın".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən