Trampın nümayəndələri Kiyev və Moskvaya gedir, amma... – “Real nəticə olmayacaq”

 14:15 07.09.2026     345

"ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşnerin həm Rusiyaya, həm də Ukraynaya səfərləri hələlik ümidverici nəticələr vəd etmir. Çünki bu səfərlər də Trampın və Rusiya lideri Vladimir Putinin mövqeyinin ön plana çəkilməsi üçün cəhdlər göstərilir. Təbii ki, bu da hərbi münaqişənin nizamlanması baxımından problemli bir yanaşma tərzidir. Çünki Ukrayna böhranı Putinin və Trampın maraqları və yaxud da dünyagörüşü əsasında nizamlana bilməz".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli səsləndirdi.

O qeyd etdi ki, beynəlxalq hüquq normaları və Ukraynanın maraqları var:

"Bu beynəlxalq hüquq normaları və Ukraynanın maraqları da mütləq nəzərə alınmalıdır. Burada əsas məsələ odur ki, Tramp və Putin nə qədər danışıqlar aparsalar da və öz aralarında anlaşıb bunu Zelenski hakimiyyətinə qəbul etdirməyə çalışsalar da, real nəticələrin ortaya çıxacağı qətiyyən inandırıcı görünmür. Ukrayna böhranının yeganə həlli məhz beynəlxalq hüquq normaları çərçivəsində ola bilər. Bu da Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin bərpa olunması çərçivəsində mümkün ola bilər".

Siyasi şərhçinin sözlərinə görə, əgər Tramp, Putin və yaxud da daha kimsələr Ukraynada hərbi böhranın sona çatmasını istəyirlərsə, o zaman Ukraynanın ərazisindən Rusiya qoşunlarının son əsgərinə qədər çıxarılması, Krımın Ukraynaya geri qaytarılması və Rusiyanın Ukraynaya daha hücum etməyəcəyinə zəmanət verməsi lazımdır:

Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq  mesajlarını əks etdirir – ÖZƏL

"Bunu da rəsmi Kiyev dəfələrlə bəyan edib. Kiyev bildirib ki, Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qəbul etməyəcək, Ukrayna ərazilərini Rusiyaya güzəştə getməyəcək. Yəni rəsmi Kiyev üçün prioritet sülh şərti əvvəlcədən bəllidir və bunu da elan ediblər. Bu da o deməkdir ki, beynəlxalq hüquq normaları çərçivəsində Ukraynanın ərazi bütövlüyü bərpa olunmayana qədər Trampın təmsilçilərinin nə Moskvaya, nə də Kiyevə səfərləri elə bir ciddi önəm daşımayacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən