Görüş formal olsa belə, Putinlə Zelenski bir araya gəlməlidir - AÇIQLAMA

 18:34 07.09.2026     520

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Ukraynaya səfər ediblər. Səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə Uitkoff və Kuşnerin iştirakı ilə danışıqlar keçirilib.

Siyasi şərhçi Azər Qasımov Redaktor.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Redklifin Moskvaya səfərindən sonra başlanan prosesi Uitkof və Kuşnerin davam etdirəcəyi gözlənilən idi:

"Çünki ABŞ Prezidenti Donald Tramp konqresə aralıq seçkilərində respublikaçıların vəziyyətinin yaxşı olmadığını görür. İran kampaniyasının da istənilən nəticəni vermədiyini görən Tramp Ukrayna-Rusiya müharibəsindən hansısa uğur hekayəsi yaratmağa məcburdur. Trampa müvəqqəti də olsa, gurultulu uğur hekayəsi lazımdır. Görünən odur ki, bunda müharibə tərəflərinin hamısı maraqlıdır. Bura Avropanın lider ölkələri də aiddir. Hesab edirəm ki, bu prosesin sonunda müvəqqəti də olsa, konqresə seçkilərə kimi hansısa razılıq ola bilmə ehtimalı böyükdür. Tərəflərin mövqeləri bir-birindən ciddi şəkildə fərqlənsə də, hamı başa düşür ki, xüsusən də Moskva bilir ki, Trampın mövqeyinin Konqresdə zəifləməsi onlara yaxşı heç nə vəd etmir. Demokratların Rusiya lideri Vladimir Putinə münasibəti bəllidir. Burada Trampın hakimiyyətdən impiçment yolu ilə getməsi məsələsi də vardır. Hesab edirəm ki, tərəflərin görüşündən ən azı Putin və Ukryana Prezidenti Volodimir Zelenski görüşü çıxacaq. Formal olsa belə, bu görüş baş tutmalıdır. Nəticədə müharibənin dayandırılması üçün ehtimallar az olsa da, buna da ümid etmək olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən