"Ola bilər ki, ABŞ-İran müharibəsi uzun illər davam etsin" - Zərdüşt Əlizadədən PROQNOZ
"Genişmiqyaslı hərbi müharibənin gedişi İranın xeyrinədir. ABŞ qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmayıb. Amerika böyük itkilərə məruz qalır, dünyada iqtisadi vəziyyət ağırlaşır və ABŞ-yə göstərilən təzyiq artır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə hazırda yenidən alovlanan ABŞ-İran qarşıdurmasından danışarkən səsləndirdi.
Həmsöhbətimiz düşünür ki, İran səbir göstərsə, müqavimət göstərsə və duruş gətirə bilsə, qələbə İranın olmalıdır.
"Müharibənin gedişi çox amildən asılıdır. Bu, proqramlaşdırılmış bir hadisə deyil. Məsələn, 2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə çoxları düşünürdü ki, müharibə bir neçə həftəyə başa çatacaq. Lakin münaqişə uzun müddətdir davam edir. İranla bağlı müharibə də ola bilsin ki, uzun illər davam etsin".
Aytəkin TOFİQQIZI













