ABŞ-nin Ukraynanı öz ərazilərindən imtina etməyə məcbur etmək imkanı varmı? - AÇIQLAMA

 17:45 09.09.2026     372

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında sentyabr ayında görüş keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Bəs liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansısa razılaşma əldə edə bilərlərmi?

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, ehtimalların heç biri istisna edilmir:

"Tərəflərin mövqeləri çox kəskin şəkildə fərqlənir. Eyni zamanda Rusiyanın böyük iddiaları və işğalçılıq niyyətləri mövcuddur. Zelenski bildirib ki, bir qarış torpağı belə verməyəcək və Ukrayna öz ərazi bütövlüyünü qorumağa hazırdır. Yəni Amerikanın Ukraynanı öz ərazilərindən imtina etməyə məcbur etmək imkanı varmı? Düşünmürəm ki, Amerikanın belə bir imkanı var. Hər halda, çox çətin danışıqlar gözlənilir. Hər iki ölkə böyük itkilərə məruz qalıb və ciddi itkilər verib".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən