Aİ-nin Ukraynaya növbəti tranşı 4,7 milyard avro OLACAQ

 15:35 11.09.2026     185

Avropa İttifaqının (Aİ) Ukraynaya ayıracağı növbəti tranşın məbləği açıqlanıb.

Redaktor.az xəbər verir ki, Avropa Komissiyasının (AK) nümayəndəsi Baloş Uyvari keçirdiyi brifinqdə növbəti müdafiə tranşının 4,7 milyard avro təşkil edəcəyini bildirib.

“Gözləyirik ki, müdafiə məqsədləri üçün növbəti tranşın məbləği 4,7 milyard avro olacaq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, vəsait yaxın həftələrdə Kiyevə göndəriləcək.

Ukraynanın hərbi ehtiyacları üçün təsdiqlənmiş 28,3 milyard avrodan indiyədək 8,4 milyard avro ödənilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən