“Kəlbəcər yenidən qurulur, canlanır” – Hikmət Hacıyev

 19:45 12.09.2026     406

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Prezidentin köməkçisi çıxışında Kəlbəcərin işğaldan azad edildikdən sonra sürətlə yenidən qurulduğunu, şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin burada yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bildirib.

Hikmət Hacıyev, həmçinin Kəlbəcər sakinlərinə dünyanın müxtəlif ölkələrindən gələn diplomatları qonaqpərvərliklə və istiqanlılıqla qarşıladıqlarına görə təşəkkürünü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən