“Qoy diplomatlar öz gözləri ilə görsünlər ki...” - Deputatdan Gəncəsər AÇIQLAMASI

 17:36 15.09.2026     553

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər. Səfər Şuşa, Xankəndi və Ağdərə rayonlarını əhatə edib. Səfərin ikinci günündə Hikmət Hacıyev Ağdərə rayonunda yerləşən Gəncəsər monastır kompleksinə baxış keçirilməsini təşkil edib. 

H.Hacıyev həmçinin diplomatik korpus nümayəndələrinə əyani şəkildə göstərib ki, ermənilərin Gəncəsər məbədində qədim kitablar kimi təqdim etdikləri nüsxələr saxtadır.

Erməni saxtakarlığının diplomatlara nümayişi ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Elman Nəsirov bildirdi ki, ermənilərin bu yalanı, bu dezinformasiyası sabun köpüyü kimi üzə çıxır və məhv olub gedir.

"Hesab edirəm ki, Hikmət Hacıyevin iştirakı ilə diplomatik korpus nümayəndələrinin bu səfəri olduqca əhəmiyyətlidir və böyük siyasi məna kəsb edir. Qoy diplomatik korpus nümayəndələri öz gözləri ilə görsünlər ki, ermənilər 30 il ərzində işğal altındakı ərazilərimizi necə tar-mar ediblər, necə vandalizm hərəkətləri törədiblər, indi isə Qarabağ necə dirçəlir. Eyni zamanda, onlar görsünlər ki, ermənilər nə qədər tarixin saxtalaşdırılması ilə məşğul olublar. Hesab edirəm ki, bunları diplomatik korpus nümayəndələrinin görməsi o baxımdan əhəmiyyətlidir ki, onlar ilk növbədə öz ölkələrinin ictimaiyyətini və rəhbər dövlət qurumlarını məlumatlandırırlar. Bu da erməni yalanının ifşası baxımından olduqca əhəmiyyətlidir", - deyə o yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən