"Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" - Paşinyan
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“2022-ci il Praqa razılaşması ilə Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı olaraq tanıyır”, - Baş nazir bildirib.













