Türkiyə MMN-dən Azərbaycana TƏBRİK
Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Can Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur! Azərbaycan Türkü qardaşlarımızın 20 Sentyabr Suverenlik Gününü ən səmimi arzularımızla təbrik edirik.
Kökü ortaq tariximizə, gücü sarsılmaz qardaşlığımıza əsaslanan “Bir Millət, İki Dövlət” anlayışı ilə dünən olduğu kimi bu gün və sabah da çiyin-çiyinə olmağa davam edəcəyik.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”













