"Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa?" - Deputatdan qalmaqallı ÇIXIŞ

 11:17 21.09.2026     228

“Deputatların səlahiyyətləri artırılmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yol çəkən deyilsiniz, xəstəxana tikdirən deyilsiniz, qanunvericiliklə məşğul olmalısınız. Bəs onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Ay nazirlər, sizin hünəriniz çatırsa, gedib özünüz o camaatın qarşısına çıxın!

Get səni orda sözlə elə günə qoysunlar ki, adın yadından çıxsın. O sözləri xalq bizə deyir. Çünki xalqın əlçatanı deputatlardır. Biz orada canımızı qoyub gəlirik, çünki problemini həll edə bilmirik”, - deputat bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən