“İranın xəbərdarlığı əməliyyatların gedişinə təsir etməyəcək” - AÇIQLAMA

 13:07 21.09.2026     161

İran ABŞ və İsrail tərəfindən yeni hücum olacağı təqdirdə silahlanma və hərbi əməliyyatların coğrafiyasını dəyişəcəyi barədə xəbərdarlıq edib. Bu haqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi televiziya proqramında çıxışı zamanı bildirib.

İranın bu xəbərdarlığı nə dərəcədə real hərbi addımların anonsu kimi qiymətləndirilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, İran ötən ilin yay aylarından sonrakı dövrdən etibarən ABŞ və İsrailin hücumlarına cavab olaraq əməliyyatların coğrafiyasını genişləndirmək barədə dəfələrlə xəbərdarlıq edib:

"Digər tərəfdən, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq müharibənin coğrafiyasını kifayət qədər genişləndirib, bir çox ölkələrin, o cümlədən qonşu İslam və müsəlman ölkələrinin ərazilərinə hava zərbələri endirib, hətta mülki obyektləri də hədəfə çevirib. İranın son xəbərdarlığı böyük ehtimalla ABŞ və İsraili növbəti hücumlardan çəkindirmək məqsədi daşıyır. Amma real vəziyyətdə bu xəbərdarlıq əməliyyatlar zonasında heç nəyi dəyişdirməyəcək, nə ABŞ-ni, nə də İsraili öz planlarından geri çəkindirməyəcək. İran yaxşı anlayır ki, ABŞ artıq seçki ilə bağlı müəyyən proseslərə başlayıb və bu proseslər çərçivəsində ABŞ və İsrailin İrana zərbələr endirməsi gözlənilmir. ABŞ tərəfindən atılacaq addım kimi yalnız sanksiyaların sərtləşdirilməsi gözlənilir. İran tərəfinin ABŞ və İsrailin zərbələr endirməyəcəyi bir vəziyyətdə belə bir bəyanat səsləndirməsi daxili auditoriyaya hesablanıb".

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Ekspertin sözlərinə görə, bu açıqlamanın məqsədi də odur ki, “baxın, gördünüzmü, biz ABŞ-yə xəbərdarlıq etdik, onlar da növbəti zərbələrdən çəkindilər”.

"Digər tərəfdən, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq müharibənin coğrafiyasını kifayət qədər genişləndirib, bir çox ölkələrin, o cümlədən qonşu İslam və müsəlman ölkələrinin ərazilərinə hava zərbələri endirib, hətta mülki obyektləri də hədəfə çevirib".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən