Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak ETDİ
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının Nyu-Yorkda keçirilən rəsmi açılış mərasimində iştirak edib.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.
Bildirilib ki, Ümumi Debat dünya liderlərini və BMT-yə üzv dövlətlərin nümayəndələrini bir araya gətirərək qlobal və regional çağırışlarla bağlı fikir mübadiləsi aparmaq, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
















