"Heç kim bir-birinə güzəştə getmək istəmir" - Politoloq
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti ilə birlikdə ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda görüşüb. Görüş başlamazdan əvvəl tərəflər bir neçə açıqlama verib, daha sonra danışıqlar qapalı formatda davam etdirilib. “Ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə kömək edəcək”, - Zelenski bildirib.
Görüşü Redaktor.az-a şərh edən politoloq Rizvan Hüseynov bildirdi ki, buna bənzər görüşlər çox olub və heç nə dəyişməyib:politoloq Rizvan Hüseynov bildirdi ki, buna bənzər görüşlər çox olub və heç nə dəyişməyib:
.jpg)
"Düzdür, ümid edirik, amma hər halda bu qədər müddət ərzində Tramp heç nəyi dəyişə bilməyibsə, müharibənin gedişatına təsir edə bilməyibsə və müharibəni dayandıra bilməyibsə, indiki məqamda, Amerikada seçki ərəfəsində, Konqres və Senat seçkiləri ərəfəsində bunu Tramp üçün həyata keçirmək daha çətin olar. Yəni sülhü əldə etmək, atəşkəsə nail olmaq çətin olacaq. Ələlxüsus, problem ondadır ki, nə Rusiya, nə də Ukrayna heç bir güzəştə getmir. Həm diplomatiyada, həm də hərbi meydanda qırmızı xətlər var. Müharibə də sırf bu qırmızı xətlər üzrə gedir. Heç kim bir-birinə güzəştə getmək istəmir".
NURİYYƏ













