Rəşad Məmmədov Özbəkistan parlamentinin spikeri ilə görüşdü - FOTO
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin Ali Məclisinin Qanunvericilik Palatasının Spikeri Nuriddin Ismoilov ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və parlamentlərarası əlaqələrin inkişafı barədə ətraflı müzakirələr aparılıb.
Söhbət zamanı həmçinin parlament diplomatiyasının imkanlarından istifadə etməklə qanunvericilik orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə toxunulub.
T.İSMAYIL


















