“Hadisələr başlayanda bir qədər narahatlıq keçirirdik” – Fazil Mustafa 27 sentyabrı XATIRLADI

 17:47 25.09.2026     85

"27 sentyabr bizim tariximizin dönüş nöqtəsidir. Hadisələr başlayanda, əslində, bir qədər narahatlıq keçirirdik. Çünki biz, baxmayaraq ki, millət vəkiliyik, bəzi informasiyaların bizdə olub-olmaması ilə bağlı problem var idi. Hansı gücə sahibik, hansı imkanlarımız var – bu barədə konkret qurumların rəhbərləri daha çox biliyə sahib idilər. Amma ümidimiz var idi ki, hər halda bu proses başlayıbsa, demək, nəyəsə güvənib bunu edirik".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə bağlı danışarkən bildirdi.

"Sonradan gördük ki, həqiqətən də Azərbaycan Ordusu kifayət qədər ciddi şəkildə bu prosesə hazırlanıb. Bizim texnoloji imkanlarımız kifayət qədər böyükdür və qəsəbə-qəsəbə, kənd-kənd azad olunanda sevincimizin, təbii ki, hüdudu yox idi. Təbii ki, şəhid xəbərləri hamımızı üzürdü, amma 27 sentyabr nə vaxtsa başlamalı idi. Bu, 27 oktyabrda da, dekabrda da ola bilərdi. Tariximizdə ilk dəfə biz Qarabağı Azərbaycana bütöv şəkildə bağladıq. Bundan böyük, bizim hələ ki, tariximizdə bəlkə də uğur sayıla biləcək bu miqyasda addım tapmaq çətindir. Bu da Ali Baş Komandanın, həm də Azərbaycan Ordusunun qətiyyəti sayəsində mümkün oldu. Biz bu prosesi hər zaman uca bir dəyər olaraq görməliyik", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən