“Azərbaycan qitələri birləşdirən məkana çevrilib” - Deputat
"Azərbaycan təhlükəsizliyi yaradaraq, eyni zamanda çoxşaxəli strateji sistem formalaşdırıb. Azərbaycan qitələri birləşdirən bir məkana çevrilib".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Prezidenti İlham Əliyevin "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" açıqlamasını şərh edərkən dedi.
"Azərbaycan hal-hazırda enerji sistemlərində də keçid istiqamətində inkişaf edib. Azərbaycan artıq yeni elektron formatda sistemləri yaradır və bu, bizim keçid istiqamətimizdə kənd təsərrüfatı ilə yanaşı, yeni texnologiyaların inkişafına nail olmaqdır. Bu, ölkənin gələcək inkişaf yolları və perspektivləridir. Eyni zamanda hansısa istiqamətdə problemlər yaradılarsa, digər istiqamətlərdə ölkə inkişaf edə bilər və xalqın rifahı üçün Azərbaycan kifayət qədər qazanc əldə edə bilər", - deyə millət vəkili bildirdi.
Aytəkin TOFİQQIZI













