Azərbaycan səfiri Daşkənddə Türk dünyasına həsr olunmuş tədbirdə iştirak edib - FOTO
Daşkənddə “Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış” mövzusunda panel müzakirəsi keçirilib.
Redaktor.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov tədbirdə iştirak edib.
Panel müzakirəsində türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, ümumi tarixi və mədəni irsin qorunub saxlanılması, eləcə də gələcəyə dair ortaq baxışlar müzakirə olunub.
Tədbir Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi və Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
T.İSMAYIL
















