Zahid Orucdan sərt mesaj: “Xocalıya görə neçə insan Nyu-Yorkda zalı tərk edib?”

 11:30 30.09.2026     189

"1994-cü il sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı Heydər Əliyevin çıxışı ölkəmizin torpaqlarının işğalının beynəlxalq səviyyədə tanınması və gələcək zəfərimizin əsasını qoydu. Onu da deyim ki, 30 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci sessiyanın əsas siyasi tendensiyası olub".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.

O vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatının sosial media platformalarında ölkəmiz xüsusilə hədəf alınıb və müəyyən müddətdə aparılan sistemli kampaniya iki dövlətin münasibətlərinə zərər vurmağa yönəlib:

"İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına etiraz edərək onların da iclas zalını tərk etməsi bir dövlətin aparılan siyasətinin ölçüsünə çevrilib. Halbuki Azərbaycanın Fələstin məsələsində mövqeyi iki dövlətli həll variantındadır. Daimi atəşkəsin və humanitar yardımların davamlı dəstəklənməsi bir qrupun izolyasiya olunmasından daha yaxşıdır. On illər boyu fələstinlilərin hüquqlarını müdafiə edən, bunu göstərən və fəal fəaliyyət mərkəzinə çevrilən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı siyasəti həyata keçiriblər? Çıxış edərkən Xocalı qətliamına görə neçə insan Nyu-Yorkda BMT binasını tərk edib? Qəzza məsələsini dünyanın bir nömrəli problemi elan edən tərəflər torpaqlarımızın azad olunmasına yox, heç olmasa zəfərimizə ədaləti tanımaqla, Qəzzada yeni tərəf kimi hansı köməyi göstəriblər? BMT qurumlarına dəstək yalnız bəyanat vermək, fəaliyyəti dəyərləndirməklə, zaldan çıxmaqla mümkündürmü? Ötən həftələrdə bu torpaqlarda qanlı toqquşmaların yanında indi zalı tərk edən bir çox dövlətlər var. Emmanuel Makron İslam dünyasında rəğbət qazanmaq üçün alovlu çıxışlar edirdi. Halbuki 2020-ci il 25 noyabrında heç nəyə məhəl qoymadan Ermənistan dövlətini tanımağa çağıran da məhz Fransa Senatıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən