“Münasibətlərimizi düzəltmək istəyirik, amma ...” - Siyavuş Novruzov Fransadan gileyləndi

 12:51 30.09.2026     138

"Azərbaycan istər sülh dövründə, istərsə də müharibə dövründə, ümumiyyətlə, istənilən vaxt, hətta ərazilərimiz işğal altında olduğu dövrdə belə, insan hüquqlarına sadiqliyini göstərib. Təbii ki, bundan öncə də bildiyiniz kimi, 20 nəfər xarici vətəndaşın, o cümlədən vətəndaşlığı olmayan şəxslərin əfv olunması bir daha ölkəmizin insan hüquqlarına nə qədər hörmətlə yanaşdığını və dövlət başçımızın humanistliyini göstərir. Hətta cəzalarını çəkən insanlarla bağlı belə onların əfv olunması barədə sərəncamlar imzalanıb".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirdi.

O, təəssüflə bildirdi ki, bu qədər humanist olan bir dövlətə, başqa dövlətlərlə müqayisədə, bu qədər humanizmə heç əhəmiyyət verilmir:

"İnsan hüquqları pərdəsi altında başqa dövlətlərə təzyiq göstərməklə yanaşı, öz ölkələrində insan hüquqlarını pozanlara, başqa-başqa dövlətlərin daxili işlərinə qarışanlara, haqlı narazılıqlarını bildirən insanlara qarşı bu cür təzyiqlər göstərənlərə, hətta yardım edənlərə də münasibət fərqlidir. Bunun tamamilə şahidiyik ki, Azərbaycana istər BMT-nin məhkəməsi ilə bağlı məsələlərdə, istər Azərbaycanın Birinci vitse-prezidentinin ünvanına qarşı, istərsə də Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bağlı məsələlərə dair imzalanan bəyanatlarda müxtəlif mövqelər ortaya qoyulub. Hər birində ermənilər tərəfindən bu gün Azərbaycana qarşı iş aparanlara, ermənilərə dəstək çıxanlara münasibət göstərilir.

Biz nə qədər Fransa ilə münasibətlərimizi düzəltmək istəsək də, onlarla bu alınmır. Ərazisində saxladığı insanlarla bağlı Azərbaycan hökuməti tərəfindən konkret olaraq cinayət işinin qaldırılmasına, məhkəmə qərarının olmasına baxmayaraq, hələ də onların ekspertizasına baxmağa heç bir əsas verməyiblər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən