“Erməni kilsəsində oturub moizə oxuyur” - Siyavuş Novruzovdan İlqar Hacıyev barədə SƏRT SÖZLƏR

 13:23 30.09.2026     189

“Vaxtilə “Akkord”u dağıdıb, oradan pul oğurlayıb vergidən yayınan İlqar Hacıyev var. Erməni kilsəsində oturub moizə oxuyur”.

Redaktor.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında deyib:

“Kaliforniyadadır və Azərbaycan əleyhinə danışır. Bildiyiniz kimi, ABŞ-də ən ağır cinayət vergidən yayınmaqdır. Belələri Azərbaycana gətirilməlidir. Onlar hüququn, qanunun aliliyi ilə öz cəzalarına çatmalıdır ki, başqalarına nümunə olsun. Başqaları da öz vətənini 5 manata, yaxud İspaniyada bir istirahətə satmasın”, - millət vəkili qeyd edib.

ermeni-kilsesinde-oturub-moize-oxuyur

Vumart və Güvən reklamı Vumart Güvən