Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

 23:05 30.09.2026     166

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkele­viçiusla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" hesabında məlumat yayıb.

Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa Birliyi Şurasına sədrliyi dövründə AB-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.

Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir.

Vumart və Güvən reklamı Vumart Güvən