AQEM Media Forumunda Azərbaycanın sədrliyi ilə bağlı mühüm mesajlar - FOTO

 15:33 01.10.2026     98

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu çərçivəsində “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq, nəticələr” mövzusunda panel sessiya təşkil olunub.

Redaktor.az xəbər verir ki, “AnewZ” beynəlxalq televiziya kanalının baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən paneldə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Daniş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov spiker qismində çıxış ediblər.

Panel müzakirələri zamanı Azərbaycanın regional və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfə, irəli sürdüyü təşəbbüslər və müxtəlif istiqamətlər üzrə əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, həyata keçirilən təşəbbüslərin davamlı nəticəyə çevrilməsi üçün əldə olunan təcrübənin sistemləşdirilməsi, uğurlu yanaşmaların paylaşılması və gələcək fəaliyyət istiqamətlərinin konkret prioritetlər əsasında müəyyənləşdirilməsi vacibdir. Bu baxımdan müxtəlif ölkələrin təcrübələrinin müqayisəli şəkildə nəzərdən keçirilməsi və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, panel müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb.

22222222
Vumart və Güvən reklamı Vumart Güvən