Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi və Xocalıda olub

 13:21 02.10.2026     75

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Xankəndi və Xocalıda şəhərində olub. Qonaqlar əvvəlcə  Xankəndi Məhkəmə Kompleksi və şəhərdə yerləşən Zəfər Parkı ilə tanış olublar.

Nümayəndə heyətini Xankəndi şəhərində, Ağdərə və Xocalı şəhərlərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən xəbərə görə, qonaqlar səfər çərçivəsində  Xankəndi Məhkəmə Kompleksində yaradılmış müasir məhkəmə infrastrukturu ilə tanış olublar.

Nümayəndə heyətinə kompleksin fəaliyyəti, məhkəmə proseslərinin təşkili və hakimlərin fəaliyyəti üçün yaradılmış şərait barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edib.Səfər proqramı çərçivəsində qonaqlar Xocalı şəhərində də olublar. Nümayəndə heyəti Xocalı Memorial Kompleksini ziyarət edib, həmçinin şəhərdə aparılan bərpa-quruculuq işləri və yaradılan müasir infrastrukturla tanış olub.

Qeyd edək ki, Gürcüstan Ali Məhkəməsinin nümayəndə heyətinin Qarabağa səfəri Azərbaycan və Gürcüstan arasında hüquq və məhkəmə sahəsində əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və əlaqələrin inkişafının əhəmiyyətini nümayiş etdirir.

Vumart və Güvən reklamı Vumart Güvən