"Dövlətimiz heç kimin diktəsinə, dəstəyinə ehtiyacı olmadan, sırf öz daxili resursları və milli maraqları hesabına inkişaf edir"
"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Möhtərəm Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin yaxın və uzaq gələcəyə yönəlmiş inkişaf xəritəsini aydın şəkildə ortaya qoydu".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova öz feysbuk hesabında yazıb.
"Prezidentin vurğuladığı kimi, bu gün Azərbaycan xarici borcunu dəfələrlə üstələyən iqtisadi potensiala, müasir standartlara cavab verən müdafiə sisteminə və tam müstəqil xarici siyasətə malik güclü ölkədir. Dövlətimiz heç kimin diktəsinə, dəstəyinə və ya himayədarlığına ehtiyacı olmadan, sırf öz daxili resursları və milli maraqları hesabına inkişaf edir. Regionda formalaşan yeni reallıqlar, ordumuzun hərbi gücünün artırılması və daxili bazara söykənən iqtisadi sabitlik bir daha göstərir ki, bütün bu uğurlar illərlə dəqiqliklə hesablanmış strateji idarəetmənin nəticəsidir.
Bütün bunlar bizə yaxın gələcəkdə daha qüdrətli, iqtisadi və siyasi baxımdan tam təmin olunmuş daha qüdrətli bir Azərbaycan vəd edir. Belə bir tarixi mərhələdə xalq olaraq bizim üzərimizə düşən başlıca vəzifə dövlətimizin, onun strateji kursunun və Ölkə Rəhbərinin ətrafında sıx birləşərək uğurlu gələcəyə doğru əmin addımlarla irəliləməkdir".



















