Prezidentin mesajı hansı qüvvələrə yönəlib? - Fazil Mustafa DANIŞDI

 17:25 05.10.2026     132

"Prezident İlham Əliyevin çıxşı ümumi xarakterli çıxışdır və konkret hansısa bir hədəfdən söhbət gedə bilməz".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan lideri İlham Əliyevin “Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib” fikrindən danışarkən bildirdi.

"Prezident ATƏT-in Minsk qrupunun adını çəkir və bildirir ki, beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycana həmişə tək qoyduğu və hər hansı bir dəstək vermədiyi ortadadır. Orada mətndə açıq-aşkar görünür ki, bu, daha çox Qarabağın işğalını 30 il görməzdən gələn qüvvələrə yönəlmiş mesajdır", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən