“Almaniya kəşfiyyatının eks-rəhbəri ilə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur”

 18:10 07.10.2026     70

“Almaniya kəşfiyyatının keçmiş rəhbəri Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur”.

Redaktor.az xəbər verir ki, bu barədə “AnewZ”a məlumatlı mənbələrdən bildirilib. 

Mənbələrin sözlərinə görə, Almaniyanın kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu bildiriblər.

Onlar həmçinin qeyd ediblər ki, A.Hanninq əldə etdiyi iddia olunan məxfi materiallardan özü analitik hesabatlar hazırlamaq üçün istifadə edib və həmin materialları üçüncü tərəflərə ötürməyib.

Almaniya prokurorluğu işdə adı keçən xarici kəşfiyyat xidmətlərinin və ölkələrin adlarını ictimaiyyətə açıqlamayıb. 

Xatırladaq ki, Media və Yayım Şurası məsələ ilə bağlı açıqlama yayaraq Azərbaycanı bu işlə əlaqələndirən məlumatları dezinformasiya adlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən