Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim ETDİ

 19:52 07.10.2026     55

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsini Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Səfir K. Xasiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını cənab Aleksander Van der Bellenə çatdırıb", - paylaşımda bildirib.

Qeyd olunub ki, təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən