Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir - Asim Mollazadə

 10:48 08.10.2026     113

Prezident İlham Əliyev bildirib ki, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməlidir.

Mövzu ilə bağlı millət vəkili Asim Mollazadə Redaktor.az-a dedi ki, Ermənistan Azərbaycanla normal münasibətlər qurmaq istəyirsə, bu addımları atmalıdır:

"Bu, çox zəruri məlumatlardır və Ermənistan ciddi araşdırma apararaq bütün itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları Azərbaycana çatdırmalıdır. Ümidvaram ki, bu addımlar atılsa, Azərbaycan da qarşılıqlı olaraq zəruri addımları davam etdirəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən