Paşinyandan MDB sammiti açıqlaması: "Əliyev və Putinlə mütləq təmaslarımız olacaq"
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə mütləq təmaslarının olacağını bildirib.
Redaktor.az xəbər verir ki, hökumətin brifinqində çıxış edən Paşinyan sammitin formatının həm Rusiya, həm də Azərbaycan liderləri ilə ünsiyyəti təmin etdiyini vurğulayıb.
"Format elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə mütləq təmaslar olacaq. Həm bu gün, həm də sabah eyni məkanda olacağıq", – deyə Ermənistanın Baş naziri qeyd edib.
Bununla belə, Paşinyan Əliyev və Putinlə heç bir rəsmi ikitərəfli görüşün planlaşdırılmadığını diqqətə çatdırıb.
Aminə ŞAHSUVARQIZI













