"Rusiya Ermənistana daimi nəzarətində olan bir ərazi kimi yanaşır" - Deputat
"Ermənistan Rusiyadan çox asılıdır".
Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Asim Mollazadə Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığını şərh edərkən söylədi.
"Elə Ermənistan Rusiyadan aslı olduğundan Rusiya ilə müsbət münasibətləri davam etdirmək üçün Paşinyan belə zənglər edir və Rusiya ilə münasibətlərin bərpasını arzulayır. Amma inanmıram ki, Rusiya onlara müstəqil dövlət kimi baxır. Rusiya Ermənistana daimi nəzarətində olan bir ərazi kimi yanaşır", - deyə Milli Məclis üzvü vurğuladı.
Aytəkin TOFİQQIZI













