Putin Əliyevlə Türkmənistanda ayaqüstü söhbət ETDİ

 21:44 08.10.2026     146

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda MDB Dövlət Başçıları Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin ayrıca Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, Vladimir Putin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak etmək üçün Türkmənistana səfər edib.

Rusiya Prezidenti səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla da görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən