“Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik”
Prezident Donald Tramp 2025-ci il avqustun 8-də ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsində tarixi rol oynayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabındakı paylaşımında bildirilib.
Paylaşımda, həmçinin deyilir: “Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib.
Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi-qəlbdən ümid edirik”.














