“Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Qərbə çıxış imkanı yaradır” - Deputat

 13:59 09.10.2026     114

"Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşündə yeri və rolu hər gün bir qədər də möhkəmlənir. Qardaş Türkmənistanın Türkmənbaşı şəhərində qəbul edilən qərara əsasən, gələn il C8 görüşünə Azərbaycan rəhbərlik edəcək. Bu, özlüyündə, cəmi bir il əvvəl C8-ə üzv qəbul edilən Azərbaycanın region üçün nə qədər mühüm strateji əhəmiyyət kəsb etdiyinin göstəricisidir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi.

Onun sözlərinə görə, Azərbaycanın həm coğrafi mövqeyi, həm də bu mövqenin yaratdığı yeni kommunikasiya layihələri Mərkəzi Asiya ölkələri üçün Qərbə çıxış imkanı formalaşdırıb.

“Bu gün həm Transxəzər marşrutu, həm də TRİPP marşrutu iqtisadi və kommunikasiya baxımından Mərkəzi Asiya ölkələrinə böyük dividendlər vəd edir. Bu layihələrin əsas təşəbbüskarı və mərkəzi iştirakçısı isə, əlbəttə ki, Azərbaycandır. Bununla paralel olaraq, biz mədəniyyət və etnik kök baxımından da Mərkəzi Asiyaya bağlıyıq. Bu isə əməkdaşlıq üçün yeni etimad və motivasiya yaradır. Perspektiv imkanlar olduqca böyükdür. Onların reallaşdırılması üçün konkret layihələr həyata keçirilir. Mərkəzi Asiya ölkələrinin hər biri ilə Azərbaycan arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birlikdə investisiya fondları yaradılıb. Bu da qarşıdakı tarixi mərhələdə iqtisadi əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə gətirib çıxaracaq”, – deyə millət vəkili vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən