Bakı ilə Mərkəzi Asiya arasında əməkdaşlıq yeni mərhələyə keçir

 17:48 09.10.2026     62

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi regionda sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın möhkəmləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı ölkəmizin beynəlxalq nüfuzunun artmasının və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın inkişafının göstəricisidir”.

Bunu Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli bildirdi. O, inanır ki, bu əməkdaşlıq xalqlarımızın rifahına, regional inteqrasiyanın dərinləşməsinə və ortaq gələcəyimizin daha etibarlı qurulmasına xidmət edəcək:

“Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşünün yekununda qəbul edilən Birgə Bəyanat Azərbaycanın regiondakı mövqeyinin gücləndiyini göstərir. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı əməkdaşlığın ikitərəfli münasibətlərdən daha geniş regional tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Sənəd təhlükəsizlik, iqtisadiyyat, rəqəmsal transformasiya, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi və regional təhlükəsizliyin təmin olunması əsas istiqamətlərdəndir. Ümumilikdə, Birgə Bəyanat Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və regionda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən