Ermənilərin Gəncəyə dördüncü raket hücumundan 6 il ÖTÜR

 00:24 11.10.2026     126

Bu gün Ermənistanın Gəncəyə dördüncü qanlı raket hücumundan 6 il ötür.

Redaktor.az xəbər verir ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Gəncəyə edilən sayca dördüncü raket hücumu nəticəsində 10 mülki şəxs Şəhid olub və 40-dan çox insan yaralanıb.

Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasəti Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, elə cə digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların heç birinə məhəl qoymayaraq mülki əhaliyə qarşı terror siyasətini davam etdirmişdi.

Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Vumart və Güvən reklamı Vumart Güvən