Deputatdan İrana sərt mesaj: “Azərbaycan bu ideoloji mübarizənin qarşısını almağa qadirdir”

 16:04 12.10.2026     169

Məktəblərdə vahid geyim tələbi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra xaricdən müəyyən təsir cəhdləri müşahidə olunur. Xüsusilə, İran tərəfindən ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri və radikal çağırışlar diqqət çəkir.

Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu cür qaydaları dini etiqad azadlığına qəsd kimi qiymətləndirənlərin mövqeyinə hörmətlə yanaşmaq lazımdır:

"Bu arqumenti kənara atmaq olmaz. Ancaq yetkin insanın inanc azadlığı ilə uşağın öz dünyası eyni şey deyil. Yetkin insan seçir, uşaq isə miras alır. Məktəbin vəzifəsi bu mirası ləğv etmək deyil, uşağa onu bir gün özü dərk edə bilməsi üçün vaxt və bilik verməkdir. Məktəbin divarlarından kənarda -ailədə, məsciddə və yetkinlik həyatında - hər kəsin seçimi toxunulmaz qalır və hörmətə layiqdir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanı XIV əsrə sürükləmək istəyən qüvvələr bilməlidirlər ki, Azərbaycan hələ XX əsrdə bu problemlərin həllini tapıb, dünyəvi dövlət modelini yaradıb:

"Azərbaycan həm də İslam dünyasının ilk dünyəvi dövləti olub. Ona görə də bu oyunların arxasında tamamilə fərqli məqamlar durur. Niyə həmin qüvvələr bir milyondan artıq şiə müsəlmanı didərgin salmış Ermənistanla hərbi müqavilə imzalayıb, Ermənistanı müsəlmanlarla müharibədə dəstəkləyib? Əsas məsələ də məhz bu sualdır. Bunun arxasında onların məkrli dövlət maraqları durur və təbii olaraq, Azərbaycan bu ideoloji mübarizənin qarşısını almağa qadirdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən