İranın daxili işlər naziri Azərbaycana niyə gəlib? - AÇIQLAMA

 11:06 13.10.2026     162

Prezident İlham Əliyev oktyabrın 12-də İranın daxili işlər naziri İsgəndər Momenini qəbul edib. 

İran rəsmisinin Azərbaycana səfərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu cür səfərlər davamlı, qarşılıqlı olur, dövlətlərarası müxtəlif məsələləri müzakirə etmək üçün həyata keçirilir və bu səfərdə qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur:

"Adi bir səfərdir və bu səfərin əsas məqsədi də dövlətlərarası məsələləri müzakirə etmək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. Yəni bu cür görüşlər davamlı olur. Bir müddət bundan əvvəl, bildiyiniz kimi, Baş nazirin müavini Şahin Mustafayev İranda səfərdə idi. Ardından isə biz İran rəsmilərinin səfərini gördük və qeyd etdiyimiz kimi, bu cür səfərlər davamlı baş verən səfərlərdir. Dövlət rəsmiləri, dövlətlər zaman-zaman müxtəlif səfərlər həyata keçirərək qarşılıqlı məsələlər ətrafında müzakirələr aparırlar, fikir mübadiləsi aparırlar və eyni zamanda gələcək münasibətləri inkişaf etdirməyin yollarını axtarırlar. Yəni bu gün Azərbaycan-İran münasibətləri inkişaf edir, bütün istiqamətlər üzrə əlaqələrimizin inkişafı üçün biz ciddi addımların atıldığını görürük və hesab edirəm ki, bax o səfər də növbəti bir mühüm məsələ kimi, növbəti bir mühüm məqam kimi qiymətləndirilməlidir və əlaqələrin inkişafına öz töhfəsini verəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən