"Azərbaycan regionda sülh istiqamətində mühüm rol oynayır"
“Cənab prezidentin müxtəlif beynəlxalq tədbirlərdə qeyd etdiyi kimi, əməkdaşlığın əsas istiqamətlərindən biri Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin daha da gücləndirilməsidir. 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət həcmi 10 faiz artıb, 2026-cı ilin ilk səkkiz ayında isə 20 faizlik artım qeydə alınıb”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.
O vurğuladı ki, əməkdaşlığımız yalnız ticarət sahəsi ilə məhdudlaşmır:
"İqtisadiyyatın digər istiqamətlərində də Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri qurulur və inkişaf etdirilir. Bütövlükdə, Mərkəzi Asiya ilə əlaqələrimizin genişlənməsi Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. Prezidentin rəhbərliyi ilə keçirilən beynəlxalq və regional görüşlər, siyasi konfranslar ölkəmizin mövqelərinin möhkəmlənməsinə və Azərbaycanın regional orta güc dövlətinə çevrilməsinə şərait yaradıb. Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi, eləcə də dövlətlər arasında əlaqələndirici körpülərin qurulması istiqamətində mühüm rol oynayır".
NURİYYƏ













