Türkiyə mediası nəyə xidmət edir? - Kərəm Məmmədovdan sərt AÇIQLAMA

 14:12 13.10.2026     173

“Kənardan müdaxilələr sadəcə olaraq Azərbaycan cəmiyyətində sabitliyi pozmaq məqsədi güdür. Bu, çox təhlükəli tendensiyadır və onun qarşısı mütləq alınmalıdır. İlk növbədə, qanunun aliliyi təmin olunmalıdır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.

O vurğuladı ki, məktəblərdə dünyəvilik prinsipinə zidd elementlərdən istifadəyə qoyulan qadağanı insanların hüquqlarının pozulması kimi təqdim edirlər:

“Amma heç bir hüquq pozuntusu yoxdur. Kənardan səsləndirilən şərhlər təxribat xarakteri daşıyır. Bunlar Azərbaycanda ictimai sabitliyi pozmağa, dövlətə və dövlətçiliyə qarşı təbliğat aparmağa hesablanıb.

Türkiyə mediasında Türkiyə ilə Azərbaycan arasındakı dövlətlərarası və qardaşlıq münasibətlərini pozmaq məqsədi güdən təxribatçı qüvvələr var. Türkiyə dövləti heç vaxt Azərbaycanının daxili işlərinə müdaxilə etməyib. Azərbaycan da dövlət səviyyəsində Türkiyənin daxili işlərinə müdaxilə etməyib.

Lakin sosial şəbəkələrdə yayılan və oradan mətbuata daşınan fikirlərin arxasında təxribatçı qüvvələr dayanır. Bu fikirlərə uymamaq lazımdır. Məqsəd iki dövlət arasındakı münasibətləri pozmaq və Türk dünyasının maraqlarına ciddi zərbə vurmaq üçün hazırlanmış planları həyata keçirməkdir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən