Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında mülki infrastruktura edilən son hücumlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin sosial media hesabında paylaşım edilib.
"Baş verən hücumlar nəticəsində həyatını itirənlərin ailələrinə, Səudiyyə Ərəbistanı hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq. Həlak olanların yaxınlarına bu ağır itki ilə əlaqədar səbir və dözüm diləyirik", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 11-də Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər isə yaralanıb.













