Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək

 17:50 13.10.2026     64

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-15-də işgüzar səfərlə ölkəmizdə olacaq.

Redaktor.az xəbər verir ki, Özbəkistanın dövlət başçısı Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.

Azərbaycanın sədrliyi ilə keçiriləcək forumun gündəliyinə Asiya qitəsində etimadın, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də müşavirənin institutsional inkişafının daha da təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər daxildir.

Nəqliyyat əlaqələrinin inkişafı, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçiriləcək.

İştirakçılar regional və beynəlxalq əhəmiyyət daşıyan aktual məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Tədbirin yekunları üzrə Bakı Bəyannaməsinin, eləcə də təşkilatın rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş qərarlar paketinin qəbul edilməsi planlaşdırılır.

Sammit çərçivəsində Prezident Şavkat Mirziyoyev xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən