Lavrov Bakıya gələcək
Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşündə iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Lavrov sammitdə iştirak etmək üçün oktyabrın 15-də Bakıya gələcək.













