“Qardaş ölkələrin öz maraqları var və bunlara hörmət edilməlidir” - Qafar Çaxmaqlı

 16:26 15.10.2026     141

“Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və belə məsələlər heç vaxt bu münasibətlərin korlanmasına və ya başqa istiqamətə yönəlməsinə səbəb ola bilməz. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Təbii ki, bu ölkələrin öz maraqları var və hər bir tərəf bu maraqlara hörmət etməlidir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi.

O, hesab edir ki, Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılması üçün ciddi adamların, ciddi insanların müdaxiləsi lazımdır:

"Mən belə insanların fəaliyyətini görürəm. Həm Türkiyə, həm də Azərbaycan tərəfdən ağıllı insanlar bu dostluğun və qardaşlığın əbədi olması üçün hansı addımların atılmalı olduğunu açıq şəkildə göstərirlər.

Bu məsələnin gündəmdə saxlanmasının tərəfdarı deyiləm. Ola bilsin ki, xırda narazılıqlar, incikliklər və küskünlüklər olsun. Lakin bunlar bizim qardaşlığımıza, Türkiyə-Azərbaycan münasibətlərinə təsir etməməlidir”.

NURİYYƏ 

Vumart və Güvən reklamı Vumart Güvən