"AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır" - Laos Prezidenti

 13:58 15.10.2026     64

Hazırkı dövr və regional və beynəlxalq mühitin reallıqları Laos xalqı və dövlətinin bu təşkilata üzvlüyünün əhəmiyyətini artırıb. Laos AQEM-in yeni üzvünə çevrilib.

Redaktor.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Çoxtərəfliliyə, BMT xartiyalarına və sülh içərisində yaşama və daxili məsələlərə müdaxilə edilməməsi prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlıq qura bilərik. Biz AQEM-i əməkdaşlıq platforması olaraq görürük. Bu təşkilata, tamhüquqlu üzv olmaq bizə milli qürur verməklə yanaşı, üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır. Dünyamızda bu gün çox böyük çağırışlar mövcuddur və regional və beynəlxalq təhlükəsizlik mühiti transformasiyadan keçir. Buna təsir edən bir çox faktorlar var”, - deyə Laos Prezidenti vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən